Azərbaycanda 6 bal gücündə zəlzələ olub
Azərbaycanda 6 bal gücündə zəlzələ olub. "Marneuli" Radiosu oxu.az-a istinadən xəbər verir.

Azərbaycan Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 11 km cənub-qərbdə İsmayıllı rayonu ərazisində qeydə alınıb.

Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5.3 bala qədər hiss olunub.

Yeraltı təkanların episentri 8 kilometr dərinlikdə yerləşirdi.

Zərər çəkən və dağıntılar haqda məlumat yoxdur.
Print ელ. ფოსტა
FaceBook Twitter Google