Qardabani rayonun Qaracalar kəndinin 26 yaşlı sakini İsfahan Əliyev
14 aprel tarixində Almaniyanın Haiger şəhərində keçirilən WFMC
versiyasi üzrə peşəkar K-1 ( kilboksinq) üzrə yarışda iştirak
edərək qalib gəmişdir.
İsfahan 62.5 kq çəki dərəcəsində Avropa kəməri uğrunda mübarzədə
Almaniyalı rəqibi Max Musalçik qalib gələrək Avropa çempionu
olmuşdur. Onun sözlərinə görə o bu yarışlara ciddi hazılaşıb.
İsfahanın sözlərinə görə o ilk sevincini ailəsi və öz dostları ilə
bölüşüb. İsfahan onu da əlavə etdi ki, dünya şöhrətli idmançılardan
ilham alaraq idmana həvəslənərək öz gələcəyini bu sahədə
qurmuşdur.
Isfahan Əliyev bu yarışa WFMC- Gürcüstan təşkilatının rəhbəri Tofiq
Əkbərovun rəhbərliyi altında qatılıb. WFMC- Gürcüstan təşkilatının
rəhbəri Tofiq Əkbərovun sözlərinə görə bu yarış komandası üçün çox
uğurlu keçdi. Tofiq onuda əlavə etdi ki, hal hazırda onlar iki ay
sonra Hollandiyanın Amsterdam şəhərində baş tutacaq yarışa
hazırlaşırlar.
Xatırladaq ki, 2018-ci il yanvarın 6-da, Turkiyədə keçirilən
peşəkarlar arasında kikboksinq yarışında İsfahan Əliyev 65 kq çəki
dərəcəsində rövanş döyüşündə öz rəqibinə qalib gələrək “Peşəkar
Kəmər” sahibi olmuşdur.