Arda Turan ağır cəzalandı
Türkiyə Futbol Federasiyasının İntizam Komissiyası “Başakşehir” klubunun şərəfini qoruyan Arda Turanı ağır cəzalandırıb.
"Marneuli" Radiosu Oxu.Az istinadən xəbər verir ki, federasiya oyunçunu 16 matçlıq diskvalifikasiya edib.

Yarımmüdafiəçi Türkiyə Superliqasının 32-ci turunda “Sivasspora” qarşı keçirilən matçda yan hakimə hücum edərək, onu itələmişdi.

İntizam komissiyası eyni zamanda Ardanı 19 min türk lirəsi məbləğində cərimələyib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google