Zabit Səmədov Avropa çempionu oldu - VİDEO
Mayın 30-da Moskvada kikboksinq üzrə "JARA Fight Show" turniri keçirilib.

"Marneuli" Radiosu Milli.Az-a istinadən xəbər verir ki, Azərbaycan idmançısı Zabit Səmədov turnirdə fransalı Freddi Kemayoya qalib gələrək "King of Kings" versiyası üzrə Avropa çempionu adını qazanıb.

Səmədov 5 dəqiqə davam edən döyüş ərzində aşkar üstün tərəf olub. Üç hakim birmənalı olaraq ona 50:46 hesablı qələbə verib. Bu onun sayca 99-cu qələbəsi olub.

Döyüş Moskvanın "Vegas City Hall" kompleksində baş tutub.



Mənbə: Milli.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google