Zidan istefa verdi - VİDEO
Madrid “Real”ının baş məşqçisi Zinedin Zidan istefa verib.
"Marneuli" Radiosu Oxu.Az-a istinadla xəbər verir ki, o, bununla
bağlı qərarını keçirilən mətbuat konfransında verib.
Zidan “Real”a 2016-cı ilin yanvarında baş məşqçi təyin olunub. Onun
rəhbərliyi altında komanda üç dəfə Çempionlar Liqası, iki dəfə
klublararası dünya çempionatı, bir dəfə İspaniya çempionu, bir dəfə
İspaniya superkubokunun qalibi olub.
Zidan istefasının səbəbini belə açıqlayıb:
“Mən “Real”da işimi dayandırmaq qərarına gəldim. Bu,
gözlənilməzdir, ancaq komandanın qələbə qazanması üçün yeni yanaşma
və iş metodikası lazımdır. Buna görə mən belə qərara gəldim. Mən bu
kluba və klubun prezidentinə böyük sevgi ilə yanaşıram”.