Bu ilin 6 oktyabr tarixində Almaniyanın Venden şəhərində
keçiriləcək "Energy Fight Night 2018" peşəkar döyüş yarışı baş
tutacaq.
Peşəkar döyüş yarışına Gürcüstandan iki idmançı qatılacaq.
Almaniyada baş tutacaq yarışda Avropa və Asiyanın bir çox
ölkələrindən tanınmış idmançılar da iştirak edəcəklər.
Yarışa qatılan Gürcüstanlı idmançılar bir sıra peşəkar yarışlarda
iştirak ediblər. Əslən Qardabani rayonundan olan İsfahan Əliyev 64
kq çəki dərəcəsində mübarizə aparacaq və onun rəqibi Almaniyalı
idmançı Cavid İbrahimli olacaq. 62 kq çəki dərəcəsində yarışa
qatılan Emin Xəlilov isə Ərəb idmançısı Hüseyn Bero ilə mübarizə
aparacaq.
Hər iki idmançı Gürcüstan "WFMC" döyüş növləri mərkəzinin
idmançılarıdır. İdmançılar yarışa mərkəzin rəhbəri Tofiq Əkbərovun
başçılığı altında qatılırlar.
Bir aydan artıqdır ki, Gürcüstanlı idmançılar Almaniyanın Venden
şəhərində baş tutacaq yarışa hazırlaşırlar. Qarşıda 18 günün
qalmasına baxmayaraq, idmançılar hazırlıqlarını davam edirlər.
Xatırladaq ki, İsfahan Əliyev 14 aprel tarixində Almaniyanın Haiger
şəhərində keçirilən WFMC versiyasi üzrə peşəkar K-1 ( kilboksinq)
üzrə yarışda iştirak etmiş və 62.5 kq çəki dərəcəsində Avropa
kəməri uğrunda mübarizədə Almaniyalı rəqibi Max Musalçikə qalib
gələrək Avropa çempionu olmuşdu.