Gürcüstan idmançıları Türkiyədə keçirləcək yarışa qatılacaqlar
Bu
ilin 8-10 mart tarixində Türkiyənin İstanbul şəhərində böyüklər və
gənclər arasında "Muay Thai Open Cup Gala" peşəkar yarış
keçirləcək.
Yarışa Gürcüstandan üç idmançı – İsfahan
Əliyev, Emin Xəlilov və Fərid Ocaqverdiyev qatılacaq. Bu haqda
məlumatı yarışın nümayəndə heyətinin sədri Tofiq Əkbərov dedi.
Tofiq onu da bildirdi ki, hələlik onlar yarışa üç idmançı ilə
qatılmağı planlaşdırırlar. Əgər mərkəz tərəfindən onlar üçün əlavə
idmançının iştirakı üçün yer ayrılarsa, o zaman idmançıların sayı
arta bilər.
Qeyd edək ki, Türkiyəyə səfər edəcək hər üç idmançı Gürcüstan
Taiboksinq Kikboksinq Milli Federasiyası və Wfmc Gürcüstan Döyüş
Növləri Mərkəzinin idmançlarıdırlar.