Vahid milli imtahanların modeli 2023-24-cü illərdən radikal şəkildə dəyişə bilər
12:07 / 12.02.2019
Vahid milli
imtahanların modeli 2023-24-cü illərdən radikal şəkildə dəyişə
bilər.
Attestat imtahanlarının ləğv edilməsi və ümumi qabiliyyət
imtahanının seçim fənlərinə keçirilməsindən əlavə müxtəlif fənlər
əvəzinə abituriyentlər birləşdirilmiş, fənn biliklərindən və
bacarıqlardan ibarət yeganə imtahan verə bilərlər.
“Tutaq ki, gələcəkdə bir böyük mərkəzləşdirilmiş, fənn
və bacarıqların birləşdiyi imtahan və bundan əlavə universitetlərin
əsaslanaraq tələbələri seçəcəyi motivasiya məktubu, layihələr,
müxtəlif mənbələr olsun. Ancaq bu uzaq perspektivdir. Əgər biz
bunların hamısına razılaşsaq mərhələli şəkildə planlaşdırdıq və hər
şey planlaşdırıldığı kimi irəli getdi. Bizim fikrimizcə 2023-24-cü
illər üçün bu modelə keçmək mümkündür” - Gürcüstanın
Təhsil, Elm, Mədəniyyət və İdman Nazirinin müavini İrina Abuladze
bildirib.
Təhsil Nazirliyində bu gün Qiymətləndirmə və Milli İmtanalar
Mərkəzinin (Naec) sifarişi ilə hazırlanmış tədqiqatın müzakirəsi
baş tutub. Tədqiqatın məqsədi odur ki, Gürcüstanda imtahan sistemi
haqqında olan müsbət və tənqidi düşüncələri aşkarlansın və
maraqlanan tərəflərə sistemin zəif və güclü tərəfləri haqqında
məlumat verilsin.