Verlişimizin bu həftəki, mövzusu təhsil və müəllim, şagird
münasibətləri oldu.
Verlişimizin qonaqları "Greenwich" təhsil mərkəzinin direktoru
Elvira Qarabağlı və təhsil mərkəzinin gürcü dili müəllimi Fərzin
Məşədiyev oldu.
Qonaqlarımızla söhbət zamanı təhsilə nə qədər önəm verdiklərinin
şahidi olduq. Hər iki gəncin məqsədi Marneulidə eləcə də bölgələrdə
olan gəncləri tehsilə yönəltmək,maarifləndirmək onlarla öz
biliklərini paylaşmaqdır.
Elvira Qarabağlı gəncləri və eləcə də az yaşlı uşaqları təhsilə
yönləndirmək üçün xüsusi metodlardan istifadə etdiyini dedi.
Müəllimlərin şagirdlərlə daima ünsiyyətdə olmasını, eyni zamanda
onların gündəlik həyatı, maraqları ilə tanış olmağın müəllim və
şagird münasibəti üçün əhəmiyyətli olduğundan danışdı.
Fərzin Məşədiyev isə müəllim eyni zamanda çox gözəl psixoloq
olmalıdır və öz tələbələri ilə olduqca səmimi münasibətinin
olduğunu dedi. Onun fikrincə hər nə qədər əhval-ruhiyyəsi olmasada
bir müəllim dərsə başlayanda xoş təbəssümlə başlamalıdır, öz mənfi
aurasını şagirdinə keçirməməlidir.
Hər iki gəncimiz təhsil, müəllim və şagird münasibətlərindən geniş
və ətraflı şəkildə danışdılar.
Daha ətraflı məlumat üçün verlişi dinləyin.
"Marneuli" Radiosunun jurnalisti Pərvin Hacıyeva sizləri “Gənc
Marneuli” verilişini dinləməyə dəvət edir. Hər çərşənbə axşamı saat
12:00-da. Verlişin təkrarını hər şənbə saat 12:00-da dinləyə
bilərsiniz.