Gənc Marneuli - Qonaqlarımız Elvira Qarabağlı və Fərzin Məşədiyevdir
Verlişimizin bu həftəki, mövzusu təhsil və müəllim, şagird münasibətləri oldu.

Verlişimizin qonaqları "Greenwich" təhsil mərkəzinin direktoru Elvira Qarabağlı və təhsil mərkəzinin gürcü dili müəllimi Fərzin Məşədiyev oldu.

Qonaqlarımızla söhbət zamanı təhsilə nə qədər önəm verdiklərinin şahidi olduq. Hər iki gəncin məqsədi Marneulidə eləcə də bölgələrdə olan gəncləri tehsilə yönəltmək,maarifləndirmək onlarla öz biliklərini paylaşmaqdır.

Elvira Qarabağlı gəncləri və eləcə də az yaşlı uşaqları təhsilə yönləndirmək üçün xüsusi metodlardan istifadə etdiyini dedi.
Müəllimlərin şagirdlərlə daima ünsiyyətdə olmasını, eyni zamanda onların gündəlik həyatı, maraqları ilə tanış olmağın müəllim və şagird münasibəti üçün əhəmiyyətli olduğundan danışdı.

Fərzin Məşədiyev isə müəllim eyni zamanda çox gözəl psixoloq olmalıdır və öz tələbələri ilə olduqca səmimi münasibətinin olduğunu dedi. Onun fikrincə hər nə qədər əhval-ruhiyyəsi olmasada bir müəllim dərsə başlayanda xoş təbəssümlə başlamalıdır, öz mənfi aurasını şagirdinə keçirməməlidir.

Hər iki gəncimiz təhsil, müəllim və şagird münasibətlərindən geniş və ətraflı şəkildə danışdılar.
Daha ətraflı məlumat üçün verlişi dinləyin.

"Marneuli" Radiosunun jurnalisti Pərvin Hacıyeva sizləri “Gənc Marneuli” verilişini dinləməyə dəvət edir. Hər çərşənbə axşamı saat 12:00-da. Verlişin təkrarını hər şənbə saat 12:00-da dinləyə bilərsiniz.



"Marneuli" Radiosu
Print