Gənc Marneuli verilişi - Qonağımız Bütün Gürcüstan Müsəlmanlar İdarəsinin Kvemo Kartli Nümayəndəsidi Hacı Qurban oldu
Qonağımızla Məhərrəm ayının əhəmiyyətindən danışdıq. Hacı Qurban Məhərrəm ayının mənası barədə məlumat verdi. Məhərrəm ayı hicri-qəməri təqvimdə ilin birinci ayıdır. Bu ayın özəlliyi ondan ibarətdir ki, peyğəmbərin davamçıları, müsəlmanlar və eyni zamanda İmam Hüseyin (ə.s) bu ayda şəhadətə yetişib.
Buna görə də müsəlmanlar bu ayı "Qəmli Ay" kimi qəbul edirlər. Hacı Qurban bildirdi ki, bu ayda isanlar İmam Hüseynə əza saxlayaraq, əza məclisləri qururlar, məscidlərə Hüseyniyələrə gedirlər və sinə vuraraq, rövzə deyirlər.




Daha ətraflı verilişi dinləyin.

"Marneuli" Radiosunun jurnalisti Pərvin Hacıyeva sizləri “Gənc Marneuli” verilişini dinləməyə dəvət edir.
Verilişi hər çərşənbə axşamı saat 12:00-da, təkrarını isə hər şənbə saat 12:00-da dinləyə bilərsiniz.


Print ელ. ფოსტა
FaceBook Twitter Google