Gənc Marneuli verilişi - qonaqlarımız fəal gənclər Əziz Qəniyev və Səma Həsənova oldu
Bu gün qonaqlarımızla ictimai nəqliyyatın gənclərin gündəlik həyatında yaratdığı problemlərdən geniş şəkildə danışdıq.

Əziz Qəniyev və Səma Həsənova Aşağı Saral kəndində yaşayırlar. Səma və Əziz 12-ci sinif şagirdləridir və bu il məktəbi bitirəcəklər. Onların sözlərinə görə attestat və qəbul imtahanına hazırlaşmaq üçün məktəbdən əlavə Marneuli rayonuna hazırlığa gəlirlər. Gündəlik həyatlarında nəqliyyatdan istifadə etmək məcburiyyətində olan gənclər hər dəfə nəqliyyatla bağlı müxtəlif problemlərlə qarşılaşırlar.

Əziz və Səmanı daha çox yol xərcləri narahat edir. Onlar ictimai nəqliyyat olmadığından hər dəfə əlavə pul ödəyərək taksi ilə evə getməli olurlar.

Daha ətraflı verilişi dinləyin.



"Marneuli" Radiosunun jurnalisti Pərvin Hacıyeva sizləri “Gənc Marneuli” verilişini dinləməyə dəvət edir. Verilişi hər çərşənbə axşamı saat 12:00-da, təkrarını isə hər şənbə saat 12:00-da dinləyə bilərsiniz.

Print ელ. ფოსტა
FaceBook Twitter Google