Vüsal Namazov Türkiyə Erciyes Universitetinin tibb fakultəsinin
6-cı kurs tələbəsi və sağlam qidalanma üzrə təlimçidir.
Bu gün qonağımızla sağlam qida və qida sağlamlığı haqqında ətraflı
şəkildə danışdıq.
Qonağımız düzgün qidalanmanın, gəzinti və idmanın sağlam yaşam üçün
nə qədər vacib olduğundan danışdı. O, həmçinin fast food-un
orqanizm üçün zərərlərindən də bəhs edərək gün ərzində meyvə və
tərəvəzdən istifadənin bizə faydalı olacağını bildirdi.
Daha ətraflı verilişi dinləyin.
"Marneuli" Radiosunun jurnalisti Pərvin Hacıyeva sizləri “Gənc
Marneuli” verilişini dinləməyə dəvət edir. Verilişi hər çərşənbə
axşamı saat 12:00-da, təkrarını isə hər şənbə saat 12:00-da dinləyə
bilərsiniz.