Daxili İşlər Nazirliyi Poniçalada külli
miqdarda narkotik vasitə müsadirə edib.
Nazirlikdən “İnterpressnews”a verilən məlumata
görə, Daxili İşlər Nazirliyinin Mərkəzi Cinayətkarlıqla Mübarizə
Polis Departamentinin Narkotik Vasitələrin Qeyri-qanuni
Dövriyyəsinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları həyata
keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1985-ci ildə
anadan olmuş P.İ.-ni narkotik vasitələrin qanunsuz olaraq əldə
edilməsi-saxlanılması ittihamı ilə saxlayıblar. Cinayət 8 ildən 20
ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə
tutur.
Hüquq mühafizəçiləri müttəhimin üzərini
axtararkən bir bağlama “Heroin” narkotik vasitəsi aşkarlayıblar.
Ona məxsus avtomobilin axtarışı nəticəsində isə ümumi çəkisi 50
qram olan 42 bağlama “heroin” narkotik vasitəsi
aşkarlanıb.
Gürcüstan Cinayət Məcəlləsinin narkotik
vasitələrin qanunsuz olaraq əldə edilməsi-saxlanılmasını nəzərdə
tutan 206-cı maddəsi ilə istintaq davam
edir.
Daxili İşlər Nazirliyi cari ildə külli
miqdarda müxtəlif narkotik vasitələr müsadirə edib və 116 narkotik
alveri ilə məşğul olan şəxsi saxlayıb. Ümumilikdə 35 kiloqram
“heroin”, 6.6 kiloqram “kokain”, 12 minədək “Suboteks” və
“Suboksin” həbi, 3 kiloqramadək “MDMA”, həmçinin 1.5 kq müxtəlif
psixotrop preparat müsadirə olunub.