Abaşada patrul polisi əməkdaşını yaralayıblar
Abaşa bələdiyyəsinin Qezati
kəndində patrul polisi əməkdaşını vəzifə səlahiyyətlərini yerinə
yetirərkən soyuq silahla yaralayıblar.
O, Kutaisi xəstəxanasına aparılıb.
Əldə olunan məlumata görə, digər patrul polisi əməkdaşı da
yaralanıb, ancaq onun yarası kiçik sıyırıqdan ibarətdir.
“Cinayətdə ittiham olunanın şəxsiyyəti müəyyənləşib və onun
saxlanılması üçün əməliyyat-axtarış tədbirləri davam edir. Cinayət
Məcəlləsinin qəsdən sağlamlığa ağır xəsarət yetirməni nəzərdə tutan
117-ci maddəsi ilə istintaq davam edir”, – Daxili İşlər
Nazirliyindən bildirilir.