DİN yarım kiloqramdan artıq heroin aşkarlayıb
Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin əməkdaşları aparılan əməliyyat nəticəsində xüsusən böyük miqdarda narkotik maddənin qanunsuz əldə edilməsi ittihamı ilə 1982-ci il təvəllüdlü M.A.-nı Tbilisidə saxlayıblar. Cinayət 8-dən 20 ilə qədər və ya daimi azadlıqdan məhrum edilməni nəzərdə tutur.

Hüquq mühafizəçiləri saxlanılan şəxsin yoxlayışı zamanı yarım kiloqramdan artıq narkotik maddə aşkarlayıblar. Ekspertin tədqiqatına görə maddə heroin tərkiblidir.

İstintaq xüsusi olaraq böyük miqdarda narkotik maddələrin qanunsuz əldə-edilməsi –saxlanılması faktına dair Gürcüstan CM-nin 260-cı maddəsinin 6-cı hissəsinin “a” altbəndi ilə gedir.


Print ელ. ფოსტა
FaceBook Twitter Google