Marneulidə 17 yaşlı yeniyetmə intihar edib

Marneulidə 17 yaşlı yeniyetmə intihar edib. Hadisə bu gün, 14 fevral tarixində baş verib.


Qonşularının dediyinə görə, yeniyetmə özünü həyətlərindəki maşın qarajında asıb. İntiharın səbəbləri məlum deyil.

Hadisə zamanı yeniyetmənin ailə üzvləri evdə olmayıb. Yas mərasiminə getmiş anası evə qayıdan zaman onu ölmüş vəziyyətdə tapıb.

Hadisə yerinə təcili yardım çağırılıb. Mərhumun cənazəsi ekspertiza olunmaq üçün Rustaviyə aparılıb.

Daxili İşlər Nazirliyindən "Marneuli" radiosuna verilmiş məlumata görə, hadisə ilə bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırmanı nəzərdə tutan 115-ci maddəsi ilə istintaq başlayıb.

"Marneuli" radiosu

Print ელ. ფოსტა
FaceBook Twitter Google