Vertsxli (Gümüş) küçəsində yaralanmış şəxsin vəziyyəti ağırdır
Tbilisidə, Vertsxli küçəsində baş vermiş
atışmada yaralanan kişi təcili əməliyyat edilib.
Qeyd olunan məlumat haqda İPN-ə Respublika xəstəxanasından
bildiriblər.
Xəstəxanadan izah edirlər ki, dünən xəstəxanaya daxil olan kişi
odlu silahdan çox sayda zədə alıb. Yaralanan şəxs reanimasiya
şöbəsindədir və onun vəziyyəti ağırdır.
Xatırladaq ki, dünən Vertsxli küçəsində atəş açılan zaman bir nəfər
Zviad Caparidze həlak olub bir kişi isə yaralanıb.
Mövcud məlumata görə, Zviad Caparidzeyə odlu silahdan atəş açılıb.
O, keçmişdə dəfələrlə mühakimə olunub, müvafiq olaraq qətlin
qisasla bağlı olmasını istisna etmirlər.
Baş verənlə bağlı hüquq mühafizəçiləri heç kimi saxlamayıblar.
İşlə bağlı Cinayyət Məcəlləsinin 108-ci və 236-cı maddələri ilə
istintaq gedir. Maddə qəsdən adam öldürməni və odlu silahın
qanunsuz əldə olunması-saxlanılmasını nəzərdə tutur.