3 gündür ki, axtarılan Dmanisi bələdiyyəsinin İpnari (Kirov) kənd
sakini C.Ə.-nin cəsədi Marneulidə, Algeti çayının sahilində
tapılıb.
Onun qətlə yetirildiyi güman edilir.
29 yaşlı gənc Dmanisi-Marneuli xətti üzrə mikroavtobus sürücüsü
kimi fəaliyyət göstərirmiş.
Mərhumun cəsədi ekspertizaya aparılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, qətl hadisəsi ilə
bağlı üç nəfər saxlanılıb. Onlardan 2 nəfəri qəsdən adam öldürmə,
bir nəfəri isə cinayət barədə məlumat verməmə ittihamı ilə
saxlanılıb.
“Daxili İşlər Nazirliyi Kvemo Kartli Polis
Departamentinin əməkdaşları Marneuli Bələdiyyəsində qəsdən adam
öldürmə faktı ilə bağlı həyata keçirilmiş əməliyyat-istintaq
tədbirləri nəticəsində keçmişdə məhkumluq həyatı yaşamış 1992-ci
ildə anadan olmuş O.T., 1986-cı ildə anadan olmuş O.Q. və keçmişdə
məhkumluq həyatı yaşamış 1992-ci ildə anadan olmuş S.A.-nı
saxlayıblar.
O.T və O.Q. əvvəlcədən razılaşdırılaraq bir qrup tərəfindən
qanunsuz olaraq azadlıqdan məhrum edilməkdə və qrup tərəfindən
amansızlıqla qəsdən adam öldürməkdə ittiham olunurlar. Hüquq
mühafizəçiləri S.A.-nı isə xüsusilə ağır cinayət barədə məlumat
verməmək ittihamı ilə həbs ediblər.
O.T. və O.Q. tərəfindən törədilən cinayətə görə 7 ildən 17 ilədək,
S.A. tərəfindən törədilən cinayətə görə isə 3 ildən 7 ilədək həbs
cəzası nəzərdə tutulur.
İstintaq nəticəsində aydın olub ki, O.T. və O.Q. bu il sentyabrın
18-də Marneuli bələdiyyəsində qisas məqsədi ilə tanışları, 1993-cü
ildə anadan olmuş C.Ç.-ni zor tətbiq edərək qanunsuz olaraq
azadlıqdan məhrum ediblər və əl-ayaqlarını bağlayıblar. Müttəhimlər
daha sonra onu O.Q.-nin idarə etdiyi maşınla Marneuli
bələdiyyəsinin kəndlərindən birinə aparıblar, bədəninə ağır əşya
bağlayıblar və suvarma kanalına atıblar, nəticədə C.Ç. dünyasını
dəyişib.
İstintaq nəticəsində məlum olub ki, O.T. və O.Q.-nin törətdikləri
cinayət zamanı onların dostu S.A. da orada olub, lakin törədilmiş
cinayət barədə hüquq-mühafizə orqanlarına məlumat verməyib.
İş üzrə aparılan intensiv axtarış və istintaq tədbirləri
nəticəsində hüquq-mühafizə orqanları əməkdaşları təqsirləndirilən
hər üç şəxsi Marneulidə saxlayıblar.
Əvvəlcədən razılaşdırılaraq bir qrup tərəfindən qanunsuz olaraq
azadlıqdan məhrum etmə, qrup tərəfindən amansızlıqla qəsdən adam
öldürmə və xüsusilə ağır cinayət barədə məlumat verməmə faktları
ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 143-cü maddəsinin 3-cü
hissəsinin "a" bəndi, 109 -cu maddəsinin 2-ci hissəsinin “e” bəndi
və 376 -cı maddəsinin 2-ci hissəsi ilə istintaq
aparılır”, – Daxili İşlər Nazirliyinin bəyanatında
qeyd olunub.
Marneuli radiosu