Bu gün, 20 oktyabr tarixində, axşam saatlarında Şulaveridə yol
nəqliyyat hadisəsi baş verib.
Hadisə zamanı üç avtomobil – "VAZ-2107", "BMW" və "Mercedess"
markalı avtomobillər toqquşub.
Şahidlərin bildirdiyinə görə, yüksək sürətlə hərəkət edən "BMW"
əvvəlcə "Mercedes" markalı avtomobilə, daha sonra isə "VAZ-2107"
markalı avtomobilə çırpılıb.
Hadisə nəticəsində 2 nəfərin ağır yaralandığı bildirilir. Yaralılar
təcili yardım tərəfindən xəstəxanaya çatdırılıb.
Hadisə yerinə patrul polisi əməkdaşları cəlb olunub.