Bu payızda buraxılmağa hazırlaşan “iPhone 16 Pro”, minimum
versiyada iki dəfə çox yaddaş alacaq.
Bu “Macobserver” portalı məlumat yayıb .
Cari “iPhone 15” xətti əsas versiyalarda yalnız 128 GB daxili
yaddaş təklif edir. Yeganə istisna “iPhone 15 Pro Max”dır, onun 256
GB-lıq yaddaş həcmi var. Mənbənin məlumatına görə, “iPhone 16 Pro”
həmçinin 256 GB daxili yaddaşa malik olacaq.
Eyni zamanda, əsas “iPhone 16” və “16 Plus” 128 GB tutumunu
saxlayacaq. Bu da 2024-cü ilin sonunda flaqmanlar üçün kifayət
etməyəcək.
Keçən il “Apple” “iPhone 15 Pro Max”da yaddaşın minimum həcmini 256
GB-a qədər artırmışdı. Bu da cihazın qiymətinə təsir etdi və
smartfon 100 dollar bahalaşdı. “iPhone 16 Pro”da belə bir
dəyişikliyin onun qiymətinə təsir edib-etməyəcəyi, yoxsa “Apple”ın
qiymət etiketini 999 dollar səviyyəsində saxlayacağı barədə isə
hələlik məlumat verilmir.
Bir çox mənbələrə görə, “iPhone 16 Pro” 6,3 düym, “16 Pro Max” isə
6,9-a qədər artırılmış ekran alacaq. Cari xətt müvafiq olaraq 6,1
və 6,7 düym diaqonalı olan displeylərdən istifadə edir. “iPhone
16”nın təqdimatı 2024-cü ilin sentyabrında gözlənilir.
Mənbə: lent.az
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.