Qrip və soyuqdəymədən qorunmağa kömək edən - Bitki çayı
Bu çayda olan ədviyyatlar qanınızı təmizləməyə, həzmi yaxşılaşdırmağa, sinir sisteminizi və fiziki gücünüzü bərpa etməyə, qrip və soyuqdəymədən qorunmağa, əhvalınızı yüksəltməyə kömək edəcək.


Tərkibi:

9 mixək qönçəsi

9 ədəd kardamon

1 darçın çubuğu

4 çay qaşığı zerdeçal

5-10 çay qaşığı zəncəfil

0,5 çay qaşığı yaxşı qara çay


Hazırlanması:

1. Ədviyyatların dozası istəyə görə dəyişdirilə bilər, yəni zövqə görə dəyişdirilə bilər. Bir şeyin daha çoxunu və ya daha azını qoymaq istəyə bilərsiniz.

2. Bütün inqrediyentləri qaynar suya (2 litr) qoyun. 5 dəqiqə aşağı istilikdə qaynadın. Çay hazırdır.


İstəsəniz, bir az süd əlavə edə bilərsiniz.

Saglamolun.Az
Print ელ. ფოსტა
FaceBook Twitter Google