İnsanın əhvali-ruhiyyəsini neyrotransmitterlər (serotonin, dopamin,
endorfin, triptofan, norepinefrinlər)
yaxşılaşdırır. Onların sayəsində insan canlılıq və müsbət
emosiyalar hiss edir.
Bu barədə rusiyalı qastroenteroloq Darya Utyumova danışıb.
O, əhvalı yaxşılaşdırmağa kömək edən ən vacib qidaları
sadalayıb:
“Toyuq və mal ətində dopamin və norepinefrin
səviyyəsini artıran tirozin amin turşusu var. Bu maddələr
əhval-ruhiyyəni yaxşılaşdırır, konsentrasiyanı və yaddaşı
yaxşılaşdırır. Bundan əlavə, bu növ ətlərdə çoxlu “B12” vitamini
var. Stresin öhdəsindən gəlməyə kömək edir. Qırmızı ətin tərkibində
də çox miqdarda olan dəmir bədəni oksigenlə doyurur və bu da bizi
gün boyu aktiv saxlayır. Yağlı balıqlar - alabalıq, qızılbalıq, ton
balığı - stres hormonu olan kortizol səviyyəsinin artmasının
qarşısını alan poli doymamış yağ turşularının mənbəyidir. Bu balıq
növlərinin tərkibində “B” qrupunun vitaminləri və maqnezium da var
ki, bu da stresli vəziyyətlərə tez uyğunlaşmağa kömək edir və
konsentrasiyanı yaxşılaşdırır”, - deyə Utyumova
bildirib.
Həkimin sözlərinə görə, qoz-fındıq da “B” vitaminləri və çoxlu
doymamış yağ turşuları ilə zəngindir.
“Həmçinin tərkibində 75%-dən çox kakao olan tünd
şokolad təbii antioksidantdır. Onun tərkibində beynin həzz
mərkəzlərini stimullaşdıran hormon olan dofaminə çevrilən tirozin
amin turşusu var. Tünd şokoladda həmçinin kortizol səviyyəsini
azaldan triptofan var”, - deyə o, bildirib.
Yeri gəlmişkən qeyd edək ki, hər il fevralın 4-də Beynəlxalq Xoş
Əhval Günü qeyd olunur.
Saglamolun.Az