Bu bitkilərin qarışımından hazırlanan resept beyinə qan
dövranını yaxşılaşdırır.
Eyni zamanda damarları gücləndirir, yaddaşı bərpa edir, immuniteti
yüksəldir.
Tərkibi:
- ▫️500 qr. zoğal (təzə və ya dondurulmuş).
- ▫️350 qr. təbii bal.
- ▫️150 qr.yabanı turp
Hazırlanma qaydası:
Zoğalları xırdalayıb bal ilə qarışdırın. İncə rəndələnmiş yabanı
turp kökü əlavə edin. Hər şeyi yaxşıca qarışdırın, şüşə qaba qoyun
və soyuducuya qoyun. Gündə 3 dəfə yeməkdən sonra ilıq bitki çayı
ilə 2-3 çay qaşığı qəbul edin.
Bu qarışığa 1 xırda, incə rəndələnmiş soğan əlavə etsəniz, immun
sistemini gücləndirmək, soyuqdəymə və virus xəstəliklərini müalicə
etmək üçün əla vasitə əldə etmiş olarsınız.
Mənbə: Saglamolun.Az
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.