Rusiya Ukrayna ərazisindəki aqressiyadan sonra indi də Kerç
körfəzindəki neytral sularda müharibəyə başladı.
Bu sözləri Ukrayna XİN rəhbəri Pavel Klimkin Poroşenkonun
rəhbərliyi ilə keçirilən Hərbi Kabinetin toplantısından sonra
mediaya açıqlamasında deyib.
“Rusiya Ukraynaya qarşı aqressiya həyata keçirdi. Hazırda Ukrayna
ərazisində aqressiya ilə yanaşı, neytral sularda Rusiya ilə
müharibədəyik. Bu, Rusiyanın aqressiya aktıdır və bütün beynəlxalq
hüquqi prinsiplərə görə, belə də qeydə alınmalıdır”, - Klimkin
deyib.
Qeyd edək ki, ötən gün Rusiya donanmasının Ukrayna gəmilərinə
hücumu baş verib. Hücum nəticəsində 6 Ukrayna hərbçisi yaralanıb
(Rusiya 3 dənizçinin yaralandığını açıqlayıb), 3 Ukrayna gəmisi ələ
keçirilib və Rusiya ərazisinə aparılmaqdadır.
Hazırda Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının fövqəladə
toplantısı keçirilir. Rusiya aqressiyası ilə bağlı Ukraynanın hərbi
vəziyyət elan edib-etməməsi müzakirə edilir.