Rəngli bibər
salatını günün istənilən saatlarında ailəniz eləcə də gələn
qonaqlarınız üçün hazırlaya bilərsiniz.
Gözəl görünüş və dada malık olan salat uşaqlarınızın tərəfindən də
seviləcək.
Rəngli bibər salatının hazırlanma qaydasını təqdim edirik
Lazım olan ərzaqlar:
4 rəngdə bibər (hər rəngdən 1 ədəd)
2 ədəd təzə xiyar
2 ədəd yerkökü
1 ədəd xiyar turşusu
300 qr toyuq filesi
200 qr xama
1 paket mayonez
Duz, istiot
Hazırlanma qaydası:
Yerkökü və toyuq filesi bişirilir. Bibərlər yuyulduqdan sonra
içərisi təmizlənir və üzərinin suyu qurulanır. Bütün ərzaqlar
samanvari doğranılır. Duz ,istiot əlavə edildikdən sonra xama və
mayonez də kənarda qarışdırılaraq əlavə edilir. Salatımızı yaxşıca
qarışdırırıq və süfrəyə verilməyə hazırdır.