Meriyanın itlərin sığınacaq xidməti üçün elan etdiyi tender beşinci cəhddə baş tutub

Meriyanın itlərin sığınacaq xidməti üçün elan etdiyi tender beşinci dəfə baş tutub. Bu dəfə tenderdə yalnız iki şirkət iştirak edib.


Onlardan birinə kvalifikasiya verilib. Qalib şirkət “Vektra” MMC-dir.

Gürcüstan Heyvanların Müdafiəsi Federasiyasının sədri Temur Lacğebianinin dediyinə görə, “Ekstra” MMC indiyə kimi yalnız özəl xidmət göstərirmiş, bələdiyyə müqavilələrində iştirak etmək təcrübəsi isə yoxdur. Onların işini heyvanların müdafiəsi federasiyası monitorinq edəcək.

Sahibsiz itlər Marneuli miqyasında problemdir və aylardır ki, buna dair nəticəsiz tender elan edirlər. Üç dəfə tenderdə heç kim iştirak etmədi, dördüncü dəfədə isə şirkətə dekvalifikasiya verildi. Dörd tenderin pozulmasını da Gürcüstan Heyvanların Müdafiəsi Federasiyası ilə əlaqələndirirlər.

Yekun tender təklifində Marneuli meriyası büdcəni olduğu kimi saxladı, amma hər itin xidmətinə görə, məbləği artırdı. 211 it əvəzinə bələdiyyə 169 itə peyvənd, lazım gəldiyi halda isə evtanaziya edəcək.

“Ekstra” MMC bələdiyyədə dekabr ayının sonuna kimi işlərə başlayacaq.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google