Ermənistanın sabiq prezidenti Koçaryan həbs olundu
Ermənistan məhkəməsi, Ermənistanın sabiq prezidenti Robert Koçaryanın 2008-ci ildə keçirilən etiraz aksiyaları zamanı baş vermiş və 10 adamın ölümünə səbəb olan hadisələrlə əlaqəsi olduğu səbəbilə həbs olunmasına qərar verib.
Ali məhkəmə Koçaryanın 2008-ci ildəki hadisələrlə əlaqəsi olduğu səbəbilə həbs olunmasına hökm edib.

Ermənistan Xüsusi İstintaq Xidməti 2008-ci ildə konstitusiya qaydalarını pozma ittihamı ilə önləyici tədbir olaraq 1998-2008 illəri arasında Ermənistanda prezident olmuş Koçaryanın həbs olunması üçün məhkəməyə müraciət etmişdi.

Koçaryan ittihamları qəbul etməmiş, ona siyasi təzyiq edildiyini iddia etmişdi.

“Konstitusiya qaydalarını pozma” ittihamı ilə Koçaryan barəsində Yerevan Ümumi Hüquq Məhkəməsi tərəfindən iyul ayında həbs qərarı verilmişdi. Koçaryan daha sonra şərti azadlığa buraxılmışdı.

Ermənistanda 2008-ci ildə keçirilən prezident seçkilərinə etiraz səbəbilə mitinqlər keçirilmiş, 1 Mart 2008-ci ildə baş vermiş hadisələrdə da 2 polis olmaqla 10 nəfər həyatını itirmişdi.


Print ელ. ფოსტა
FaceBook Twitter Google