Prezident administrasiyasından 61 nəfər işdən azad olunub
16:38 / 15.02.2019
Yenidən formalaşdırılmasının növbəti mərhələsi
nəticəsində prezident administrasiyasından 61 nəfər əməkdaş işdən
azad edilib.
İPN-ə prezidentin mətbuat katibi Xatia Moisdzrapişvilinin
bildirdiyinə görə 37 əməkdaş söhbətdən keçmə nəticəsində işdə
saxlanılıb, 11 əməkdaşın məsələsi isə heç müzakirə də olunmayıb
çünki onlar analıq məzuniyyətindədirlər və onları qanun
qoruyur.
“Dünən prezident administrasiyasında gedən yenidən
formalaşdırılmasının daha bir mərhələsi başa çatdı. Birinci
mərhələdə yenidənqurma 2018-ci ilin 31 dekabrında elan edildi və
birinci mərhələ 60 ştat üçün kvalifikasiya tələblərinin
formalaşmasından ibarət idi. Həmin dövr 15 yanvara qədər davam
etdi, sonra isə ikinci mərhələ başladı. İkinci mərhələ ərzində belə
vəziyyət yarandı: 61 dövlət məmurunun sayının azalmaya görə mobil
sxemə düşdü, bu deməkdir ki, onlar haqqında məlumat və
sənədləşdirmə ictimai xidmət bürosuna verilib ki, bir ay ərzində
büro onlara mövqe axtarsın. Təklif olunan sxemə razılaşan hər kəs
yeni mövqeyə keçəcək, etiraz edənlər isə bir dəfəlik kompensasiya
alacaq.
Qalan vakansiyalara müsabiqələrin elan olunmasına gəldikdə isə bu
artıq gələcək mərhələdir. Yeni ştat sayına görə işlənilmiş
kvalifikasiya tələblərindən dolayı qalan mövqeylər ayıdnlaşacaq və
müsabiqələr elan olunacaq” - Xatia Miosdzrapişvili
qeyd edib.