Səkkiz ay ərzində at əti ilə qidalanan uşaq bağçası yetirmələri - mal əti adı ilə at əti harada və necə istifadəyə verilirdi?
Milli Ərzaq Agentliyi dövlət bağçalarının qida rasionu üçün at ətinin ayrılması ilə bağlı dörd fakt təsdiqləyiblər.
Agentliyin məlumatına görə, regionun müxtəlif müəssisələrində keçən il aparılan araşdırma nəticəsində ümumi hesabda 34 at və eşşək ətinin aşkarlanması halı qeydə alınıb. Məhz oxşar statistikaya görə uşaq bağçaları və məktəblərin qida ehtiyatı məsələsinin daha da ciddiləşdirilməsi planlaşdırılır. Aqrar məsələlər üzrə komitənin sədrinin izahatına görə pozuntular olan halda şirkət cinayət işinə cəlb olunacaq.

“Yeni Gürcüstanın” üzvü Teona Calidzenin bəyanatına görə konkret olaraq Samtrediyanın uşaq bağçası səkkiz ay ərzində at əti ilə təmin olunurmuş. İstifadəçilər Federasiyasının rəhbəri deyir ki, at ətinin istifadəsi halları Tbilisidə dəfələrlə qeydə alınıb.

Ərzaq Mühafizəsi Agentliyinin rəhbəri Zurab Çekurişvili parlamentdə aqrar məsələlər komitəsinin iclasında deputatları keçən il qurğuşun tərkibi ilə bağlı olan nəticə ilə tanış edib. Milli Ərzaq Mühafizəsi Agentliyinin məlumatına görə 2018-ci ildə ət nümunələrində qurğuşun tərkibi aşkarlanmayıb, ancaq xam südün 15 nümunəsində və 8 ədviyyat nümunələrində normadan artıq tərkib aşkar edilib.

Mənbə: BPN

Print ელ. ფოსტა
FaceBook Twitter Google