Marneuli İctimai məktəblərində iki döymə faktı aşkarlanıb
Marneulinin ictimai məktəblərindən birində
güman ki, döyülmə faktı aşkarlanıb.
Bu haqda məlumatı Marneuli Resurs Mərkəzinin direktoru Kənan Ömərov
təsdiq edib və o, qeyd edib ki, məktəbin nizam-intizam komitəsindən
rəsmi cavab gözləyirlər.
Nizam-intizam komitəsi hər
iki müəllimin işini müzakirə edəcək və döyülmənin təsdiqləndiyi
halda onlar məktəbdən azad ediləcəklər.
"Marneuli" radiosuna məlumat verən mənbəyə əsasən, zorakılıq törətməkdə ittiham
olunan müəllimlər həmin məktəblə yanaşı başqa məktəbdə də
dərs keçirlər. Müəllimlərdən biri isə öz istəyi ilə ərizə yazıb və
məktəbdən getməyi planlaşdırır.
Qeyd olunan faktla bağlı biz artıq iki gündür ki, direktorla
danışmağa cəhd edirik. Dünən o, vaxtının olmadığını bəhanə gətirdi
və sonradan bizimlə əlaqə saxlayacağını dedi, ancaq o, hələ də
bizim zənglərimizə cavab vermir.