2024-cü ilin fevral ayında aylıq əmək haqqı alanların sayı artıb.
Bu, PMCG araşdırmasında qeyd olunur.
Onların hesabatlarına görə, 2024-cü ilin fevral ayında aylıq
əməkhaqqı alanların sayı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə
4,2 faiz, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 9,2 faiz
artıb.
“2024-cü ilin fevral ayında 0-dan 600 lariyə qədər
aylıq əmək haqqı alanların sayı 15,8% təşkil edib ki, bu da 2023-cü
ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz bəndi, 2022-ci ilin
müvafiq dövrü ilə müqayisədə isə 8,7 faiz bəndi azalıb.
2024-cü ilin fevral ayında 2400 lari və daha çox aylıq əməkhaqqı
alanların sayı 25,1% təşkil edib ki, bu da 2023-cü ilin müvafiq
dövrü ilə müqayisədə 5,1 faiz bəndi, 2022-ci ilin müvafiq dövrü ilə
müqayisədə isə 9,3 faiz bəndi artım deməkdir.
2024-cü ilin fevral ayında 9600 lari və daha çox aylıq əməkhaqqı
alanların sayı 2,3 faiz təşkil edib ki, bu da 2023-cü ilin müvafiq
dövrü ilə müqayisədə 0,5 faiz bəndi, 2022-ci ilin müvafiq dövrü ilə
müqayisədə isə 0,9 faiz bəndi artım deməkdir”, -
araşdırmada deyilir.