"SOGAR GAS GEORGİA" əhaliyə xəbardarlıq edir
"SOGAR GAS GEORGİA" rəsmi FACEBOOK səhifəsidə paylaşım edərək əhaliyə evlərdə qazın necə quraşıdırılması haqda xəbardarlıq edib. Video paylaşımda qızdırıcılar və digər əşyaların düzgün quraşdırılmadığı təqdirdə hansı nəticələrin baş verə bilərcəyi çatdırılır.

Həmçinin, problem yarandığı təqdirdə əhalinin 16 114 qaynar xəttinə zəng etmələrinə dair məlumat verilir.

Paylaşılan həmin videonu sizə təqdim edirik.

Xatırladaq ki, 16 yanvar tarixində saat 20:30 radələrində paytaxt Tbilisi şəhərində, Didi Diğomidə yaşayış binalarından birində təbii qaz sızması nəticəsində partlayış baş vermişdir. Nəticədə 4 nəfər dünyasını dəyişib, 8 nəfər isə yaralanıb. Yaralananlar xəstəxanada müalicə alırlar. Ölən və yaralananlar arasında 4 yaşlı uşaq da var.

Onu da əlavə edə ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyi tərəfindən cinayət işi açılıb və araşdırma aparılır. Baş Nazir Mamuka Baxtadzenin əmri ilə bu gün Gürcüstanda matəm günü elan edilib.


Print ელ. ფოსტა
FaceBook Twitter Google