Ulaşlı kənd sakinləri illərdir ki, damcı-damcı gələn içməli sudan istifadə edirlər
18:09 / 27.07.2018
Ulaşlı kəndinin sakinləri içməli su ehtiyacını kəndin mərkəzində
yerləşən su çənindən istifadə edərək ödəyirlər.
Babakər dağından gələn içməli su mərkəzdə yerləşən su çəninə
toplanır və təxminən 250 ailənin yaşadığı kəndin əhalisi bu
problemini kəndin mərkəzindən su daşıyaraq həll edirlər. Səhər saat
10 olmasına baxmayaraq sakinlər su çəninin qarşısında növbəyə
durmuşdular.
Kənd sakinləri su çəni boşaldığı üçün damcı-damcı gələn su ilə
qablarını doldurmaq üçün uzun müddət gözləməli idilər. Onlarr
havanın isti olmasına baxmayaraq su ehtiyaclarını bu cür
qarşılamağa çalışırlar. Yay mövsümündə havaların isti olmasına görə
Babakər dağından gələn içməli su da azalır. Buna görə də kənd
sakinlərindən bəziləri qonşu kəndlərdən öz şəxsi avtomobilləri və
arabaları ilə su daşıyır. Su çənindən evinə su daşıyan evdar
qadının sözlərinə görə, onlar məcburdurlar ki, məişətdə arx
suyundan istifadə etsinlər.
Kəndin mərkəzinə toplanan kənd sakinlərinin sözlərinə görə illərdir
ki, onlar içməli su problemindən əziyyət çəkirlər. İçməli suyu
qonşu kəndlərdən daşıyırlar. Aidiyyatı orqanlar kənd sakinlərinə
söz veriblər ki, onların kəndinə içməli su xətti çəkiləcək. Amma
onların problemi hələ də öz həllini tapmayıb.
Ulaşlı kəndinə içməli su xəttdi nə zaman çəkiləcək bu kənd əhalisi
üçün məlum deyil.