Rusiya Ukraynaya qarşı müharibəyə başladı – Ukrayna xarici işlər naziri
Rusiya Ukrayna ərazisindəki aqressiyadan sonra indi də Kerç körfəzindəki neytral sularda müharibəyə başladı.

Bu sözləri Ukrayna XİN rəhbəri Pavel Klimkin Poroşenkonun rəhbərliyi ilə keçirilən Hərbi Kabinetin toplantısından sonra mediaya açıqlamasında deyib.

“Rusiya Ukraynaya qarşı aqressiya həyata keçirdi. Hazırda Ukrayna ərazisində aqressiya ilə yanaşı, neytral sularda Rusiya ilə müharibədəyik. Bu, Rusiyanın aqressiya aktıdır və bütün beynəlxalq hüquqi prinsiplərə görə, belə də qeydə alınmalıdır”, - Klimkin deyib.

Qeyd edək ki, ötən gün Rusiya donanmasının Ukrayna gəmilərinə hücumu baş verib. Hücum nəticəsində 6 Ukrayna hərbçisi yaralanıb (Rusiya 3 dənizçinin yaralandığını açıqlayıb), 3 Ukrayna gəmisi ələ keçirilib və Rusiya ərazisinə aparılmaqdadır.

Hazırda Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının fövqəladə toplantısı keçirilir. Rusiya aqressiyası ilə bağlı Ukraynanın hərbi vəziyyət elan edib-etməməsi müzakirə edilir.

Mənbə: axar.az

Print ელ. ფოსტა
FaceBook Twitter Google