Tbilisidə, Sandro Euli küçəsində, “Strada”
restoranı yaxınlığında atışma olub.Şahidəlrin bildirdiyinə görə, bir nəfər gəncə
tapançadan atəş açıblar.
“Milli Hərəkat”ın üzvü Nika Ruruanın “Facebook” sosial şəbəkəsində
yazdığına görə, o, baş vermiş hadisənin şahidi olub. Onun dediyinə
görə, gəncə avtodayanacaq tərəfdən atəş açıblar.
“İndicə, təxminən yarım saat əvvəl “Strada” restoranında qəhvə
içərkən daha bir hadisəyə şahidlik etdim – eyni eyvanda, qonşu
masada əyləşmiş gəncə kimsə (və ya kimlərsə) oradakı
avtodayanacaqların birinin ərazisindən atəş açdı – şəhərin
ortasında, gündüz vaxtı.
Minimum bir gənc yaralandı. 6-7 dəfə açılan atəş nəticəsində
insanlarla dolu eyvanda xoşbəxtlikdən digər insanlara bir şey
olmadı. “Azad nəfəs”in 7-ci ildönümüdür və kabusa çevrilmiş “arzu”
xaosu başa çatmalıdır” – Nika Rurua yazıb.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb
olunublar. Ərazi polis lenti ilə hasara alınıb və istintaq
tədbirləri davam edir. Daxili İşlər nazirliyinin məlumatına görə,
istintaq Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsi ilə
aparılır. Həmin maddə odlu silahın qeyri-qanuni şəkildəə əldə
olunması-saxlanılması-gəzdirilməsini nəzərdə tutur.