Qarabağın De-fakto prezidentinin Moskvaya səfərinə görə Bakı Rusiyaya xəbərdarlıq edib
Qarabağın De-Fakto prezidenti Bako Saakyanın 24 noyabrda Moskvaya səfərindən Azərbaycan tərəfi narahat olub. Ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub ki, həmin səfər Qarabağ münaqişəsinin sülh yolu ilə həllini təhlükə altına qoyur və vəziyyəti daha da ciddiləşdirə bilər.

Konkret olaraq Bakı Rusiyanın Bako Saakyanı ölkəyə buraxmasından narahat olub. Azərbaycan XİN-nin bəyanatına görə, bu Rusiyanın Minsk qrupunun sədr ölkəsinin vasitəçi roluna və Rusiya-Azərbaycan ikitərəfli əlaqələrinin səviyyəsinə ziddir:

“Oxşar” “Voyajlar” münaqişə ilə bağlı vəziyyətdə gözlənilməz nəticələrə səbəb ola bilər. Belə olan halda bütün cavabdehlik erməni tərəfinin üzərinə düşür”.

Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Azərbaycan hesab edir ki, Dağlıq Qarabağ və yeddi ətraf rayon – Azərbaycanın 20%-i, Ermənistanın silahlı qüvvələrinin işğalı altındadır. Ermənistan isə buna qəti etiraz edir.1994-cü ildə tərəflər atəşkəs barədə razılaşmaya imza atıblar, ancaq bu gün də beynəlxalq təşkilatların himayəsi altında iki ölkə arasında aparılan danışıqlar uğursuz hesab olunur. Hər iki tərəf daim bir-birini atəşkəs rejimini pozmaqda günahlandırır.
Mənbə: netgazeti.ge
Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები