Rəngli bibər salatının hazırlanması
Rəngli bibər salatını günün istənilən saatlarında ailəniz eləcə də gələn qonaqlarınız üçün hazırlaya bilərsiniz.
Gözəl görünüş və dada malık olan salat uşaqlarınızın tərəfindən də seviləcək.

Rəngli bibər salatının hazırlanma qaydasını təqdim edirik

Lazım olan ərzaqlar:

4 rəngdə bibər (hər rəngdən 1 ədəd)
2 ədəd təzə xiyar
2 ədəd yerkökü
1 ədəd xiyar turşusu
300 qr toyuq filesi
200 qr xama
1 paket mayonez
Duz, istiot



Hazırlanma qaydası:

Yerkökü və toyuq filesi bişirilir. Bibərlər yuyulduqdan sonra içərisi təmizlənir və üzərinin suyu qurulanır. Bütün ərzaqlar samanvari doğranılır. Duz ,istiot əlavə edildikdən sonra xama və mayonez də kənarda qarışdırılaraq əlavə edilir. Salatımızı yaxşıca qarışdırırıq və süfrəyə verilməyə hazırdır.


Daha ətraflı videonu izləyin.


Print ელ. ფოსტა
FaceBook Twitter Google