Ət yarımfabrikatlarının saxtalaşdırılması faktı ilə bağlı istintaq xidməti iki şəxsi məsuliyyətə cəlb edib
Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları aparılan əməliyyat nəticəsində ət yarımfabrikatlarının saxtalaşdırılması faktını aşkar ediblər və iki şirkətin rəhbərini məsuliyyətə cəlb ediblər.

İstintaqla müəyyən edilib ki, ittiham olunanlar Batumi şəhərində yerləşən ət yarımfabrikatları müəssisəsində saxtalaşdırılımış – tərkibi dəyişdirilmiş ət məhsulları (kotlet, kiftə, xəngəl) istehsal edirlərmiş.

Ekspertizanın çıxardığı nəticəyə əsasən məhsulların tərkibi etiketdə qeyd olunan göstəricilərə uyğun gəlmir – hazır məhsulda yağ, zülal və farsın kütləvi həcmi və eləcə də energetik dəyəri az imiş.

Qeyd olunan kateqoriyaya aid cinayətlər üçün Gürcüstan Cinayyət Məcəlləsinin 197-ci maddəsinin birinci hissəsi cəza olaraq 1 ildən 3 ilə qədər azadlıqdan məhrum edilməni nəzərdə tutur.

Mənbə: is.ge

Print ელ. ფოსტა
FaceBook Twitter Google