Ağməmmədlidə erkən orta əsrlərə aid olduğu güman edilən qəbir aşkarlanıb (VİDEO/FOTO)
Ağməmmədli kəndində erkən orta əsrlərdə geniş yayılmış daş-qutu tipli qəbir aşkarlanıb.

Qəbri kənd təsərrüfatı işləri görən zaman İntizam Nəbiyev aşkarlayıb.

Gürcüstan Milli Mədəni İrsin Qorunması Agentliyindən aldığımız məlumata görə, daş-qutu tipli qəbirdə 4 insanın sümükləri aşkarlanıb.

“Qəbirdə xristian qaydası ilə arxası üstə iki böyük adam uzadılıb (baş və omba sümüklərinə əsasən qəbirdə sağ tərəfdə (cənub) güman ki, kişi, sol tərəfdə (şimal) isə qadın olmalıdır. Qeyd olunan iki qəbirdən başqa qəbirdə iki adam da var ki, onların sümükləri qəbirin sonu tərəfdədir (yeniyetmə olduğu güman edilən qəbirdəki şimal tərəfdə olan mərhumun (qadının) dizləri yaxınlığında, dördüncü yaşlı adam isə qəbrin şərq tərəfində dəfn olunub”, – agentliyin məlumatında yazılıb.

Uzun illər ərzində qəbirə qrunt sularının axması üzündən oradakı skeletlərin götürülməsi mümkün olmayıb.

Milli Mədəni İrsin Qorunması Agentliyinin məlumatına görə, yekunda foto və qrafik qeydlər alındıqdan sonra, sümüklər qəbirdə qalıb, torpaqla doldurulub və üstü örtülüb. Qəbirdə heç bir inventar aşkarlanmayıb.

Print ელ. ფოსტა
FaceBook Twitter Google