Marneulinin Mollaoğlu kəndində yaşayan 7 yaşlı Elif Mustafayeva
“Serebral İflic” xəstəliyindən əziyyət çəkir.
Onun Türkiyənin İstanbul şəhərində müalicə olunması üçün 25 000
Avro məbləğə ehtiyacı var. Bu barədə Elif Mustafayevanın atası Sədi
Mustafayev “Marneuli” radiosuna məlumat verdi.
“Gürcüstanda müalicə olundu, amma bir nəticə görmədik.
Buradan hələ Türkiyəyə getməmişik. Amma həkimlər deyirlər ki, biz
buradan oraya qırx beş, əlli faiz söz veririk. Həkimlərin
İstanbulda 1 illik müalicəsinə 25 000 Avro
istədilər”, - Sədi Mustafayev bildirdi.
Elif Mustafayevaya dəstək olmaq istəyənlər aşağıda verilən bank
hesablarına vəsait köçürə və ya qeyd olunan telefon nömrəsi ilə
əlaqə saxlaya bilərlər.
GE27BG0000000162258238 - “SAKARTVELO” bankı
GE79TB7052845068100027 - TBC bank
Hesab istifadəçisi Aqil Yolçuyev
Əlaqə nömrəsi - 558555150