POLİTİKO: ABŞ-da “Gürcü arzusu”nun liderlərinə sanksiya tətbiq edilməsi haqqında qanun layihəsi hazırdır
POLITICO-nun məlumatına görə, ABŞ Konqresinə aktivlərin dondurulmasını və rusyönümlü “xarici agentlər” qanununu dəstəkləyən Gürcüstan hökumət rəsmilərinə viza qadağası tətbiq edən qanun layihəsi təqdim olunacaq.

Nəşr yazır ki, onların gördükləri qanun layihəsinin mətni hakim partiyaya xəbərdarlıq edir və qeyd edir ki, “Tbilisi ABŞ və digər Qərb demokratiya tərəfdarı təşkilatlara, yerli və beynəlxalq vətəndaş cəmiyyəti təşkilatlarına açıq hücum edir,
eyni zamanda Rusiya və Çinlə əlaqələri gücləndirir”.


POLITICO mənbəyə istinadən yazır ki, Cənubi Karolinadan olan respublikaçı konqresmen Co Vilson qanun layihəsini bazar ertəsi Konqresə təqdim edəcək:

“Demokratiyanın və təhlükəsizliyin qorunması istiqamətində atılacaq addımların bir hissəsi kimi, qanun layihəsi hökumət rəsmilərinə və demokratiyanın, insan haqlarının və ya Gürcüstanın təhlükəsizliyinin pozulmasına görə ciddi məsuliyyət daşıyan şəxslərə qarşı sanksiyaları nəzərdə tutur. Buraya rusyönümlü xarici agentlər haqqında qanunun qəbuluna cavabdeh olan siyasətçilər və onların ailə üzvlərinə qarşı viza sanksiyaları daxildir”, - nəşr yazır.

POLITICO yazır ki, məhdudiyyətlər etirazların yatırılmasına töhfə verən Gürcüstanın ədliyyə və təhlükəsizlik xidmətlərinə, habelə Rusiya və Çinin ölkədəki mümkün agentlərinə də şamil edilir.

Mənbə: Netgazeti

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google