Son bir həftə ərzində Daxili İşlər Nazirliyi 5 narkotik alverçisini
saxlayıb.
Bu barədə Mərkəzi Cinayət Polisi Departamentinin Mütəşəkkil
Cinayətkarlıqla Mübarizə İdarəsinin rəhbəri Mamuka Çelidze məlumat
verib. Çelidze qeyd edib ki, Daxili İşlər Nazirliyinin əsas
prioritetlərindən biri narkotik vasitələrin qanunsuz dövriyyəsi və
yayılması ilə fəal və güzəştsiz mübarizə aparmaqdır.
“Son bir həftə ərzində 5 narkotik alverçisi saxlanılıb,
külli miqdarda müxtəlif narkotik vasitə müsadirə olunub. Kvemo
Kartli Polis İdarəsinin Xüsusi Tapşırıqlar Departamenti və Kvemo
Kartli Dairə Prokurorluğunun əməkdaşlarının birgə keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində Marneulidə külli miqdarda
narkotik vasitənin əldə edilməsi-saxlanılması ittihamı ilə 4 nəfər
saxlanılıb.
Hakimin qərarı ilə həbs olunmuş 4 nəfərdən üçün əvvəllər də
narkotik cinayətləri ilə bağlı mühakimə olunub. Onlar tərəfindən
törədilmiş cinayət üçün 7 ildən 14 ilədək azadlıqdan məhrumetmə
nəzərdə tutulub. İstintaq nəticəsində aydın olub ki, müttəhimlər
sistematik olaraq narkotik vasitə satırlarmış. Polis həmin dörd
nəfərin qeyri qanuni satdığı heroin narkotik vasitəsini maddi sübut
kimi götürüblər. Saxlanılanlardan birinin evinin axtarılması
nəticəsində isə 5 bağlama heroin aşkar olunub. Külli miqdarda
narkotik vasitələrin əldə edilməsi-saxlanılması faktı üzrə istintaq
davam edir”, - deyə Mamuka Çelidze bildirib.