Bu gün, 19 sentyabr tarixində azərbaycanlıların yığcam yaşadığı
Marneuli şəhərində ənənəvi Tasua Günü münasibəti ilə yürüş
keçirildi.
Yürüş Gürcüstan Əhli-beyt cəmiyyəti binasının qarşısından
başlayaraq İmam Əli məscidinə qədər davam etdi.
Ölkənin müxtəlif bölgələrindən gəlmiş din xadimləri, Marneuli
kəndlərdən gələn sakinlər və müsəlmanların iştirakı ilə baş tutan
yürüşdə mərsiyələr oxundu və İslami şüarlar səsləndirildi.
Əhli-Beyt Cəmiyyətindən başlayan İmam Əli məscidində başa çatan
yürüşdən sonra din xadimlərinin çıxışları baş tutdu və onlar İmam
Hüseynin və onun tərəfdarlarının Kərbəlada necə şəhid olduğu haqda
yürüş iştirakçılarına məlumat verdilər. Tədbirin sonunda İmam Əli
məscidinin önündə yürüş iştirakçılarına imam ehsanı və Aşura
hadisəsindən bəhs edən kitabçalar paylanıldı.
Xatırladaq ki, Məhərrəm ayının ilk on günündə İmam Hüseynə əza
saxlanılır. Məhərrəm ayının 10-cu günü olan Aşura günü isə bu il
sentyabr ayının 20-nə təsadüf edir.