404 შეცდომა
  • PHPImageWorkshop\Exception\ImageWorkshopBaseException: [2]: File "/var/www/marneulifm.ge/public_html//images/temp/2018/09/12/7fcf3627496ce224458a36d4e8f05639.jpg" not exists.

Meriyanın azərbaycanlı əhali üçün "itmiş səsi"

2 oktyabr tarixindən sonra Marneuli meriyasının rəsmi "Facebook" səhifəsində Azərbaycan dilinə tərcümə olunmuş məlumat və elanlar tapmaq mümkün deyil.

Düzdür, 2 oktyabradək Azərbaycan dilindəki mətnin müzakirəsi yalnız Gürcü dilində yayımlanmış materialın altındakı şərhlərdə mümkün idi, lakin indi nə məlumatlarda, nə də şərhlərdə Azərbaycan dilində mətnə rast gəlmək olmur.

"Facebook" səhifəsində Azərbaycan dilində məlumatları əsasən Marneuli meriyasının İctimaiyyətlə Əlaqələr Şöbəsinin əməkdaşı Turac İbrahimova yerləşdirirdi. O, 8 oktyabr tarixində Algeti kəndində yeni açılmış uşaq bağçasının rəhbəri təyin olundu, buna görə də İctimaiyyətlə Əlaqələr Şöbəsindən getdi və müvafiq olaraq Gürcü dilini bilməyən Azərbaycanlı sakinlər üçün meriyanın “səsi” yox oldu.

Marneuli meriyasının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mariam Xaçidze deyir ki, meriyada indiki mərhələdə ictimaiyyətlə əlaqələr şöbəsində 3-cü kateqoriyada 3 vakansiya elan olunub. Qeyd olunan vəzifəni məhz Turac İbrahimova tuturdu.

Hələ ki, İbrahimovanın vəzifəsini kim yerinə yetirəcək bilinmir. İctimaiyyətlə əlaqələr şöbəsinin yeni əməkdaşı azərbaycan dilini biləcəkmi və gürcü dilini bilməyən Marneuli sakinlərinə meriyanın "itmiş səsi" qayıdacaqmı - bu hələ məlum deyil.

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები