Hər
bir qadın üz dərisini cavan və sağlam görmək istəyir. Qışda bu daha
problemli olur ki, üz dərisi daim isti və soyuq, quru və nəm
havanın növbələşməsinə məruz qalır.
Nəticədə dəri stress vəziyyətinə düşür. Onun müdafiə funksiyaları
azalır, dəri qabıq verir, üzərində genişlənmiş kapilyarlar toru,
ləkələr əmələ gəlir.
Bu səbəbdən üz dərisinin məhz qış fəslində müdafiəyə və
reabilitasiyaya daha çox ehtiyacı var.
Tanınmış kosmetik şirkətlər qış fəsli üçün xüsusi məhsullar
buraxır. Bu məhsulların üzərində "qoruyucu" ("защитный") və "qış
üçün" ("зимний") qeydləri olur. Bundan əlavə kosmetik vasitənin
məhz hansı dəri tipi üçün (quru, yağlı, normal) nəzərdə tutulması
haqqında olan qeydinə də mütləq fikir vermək lazımdır. Qışda dəri
tez-tez quruyur. Lakin dərisi yağlı olan insanlar hətta qışda quru
dəri üçün olan kremlər və s. vasitələrdən istifadə etməməlidir.
Quru dəri üçün olan kremlərin tərkibində elə komponentlər var ki,
hətta qışda yağlı dəridə civzələrin artmasına səbəb olur.
Satışda olan "universal" qış kremlərinin istifadəsinə də ehtiyatla
yanaşın - bu kremlər hər insana uyğun gəlmir (kosmetoloqla
məsləhətləşin və ya dərinizin kiçik bir hissəsində sınayın).
Hər bir kremin tərkibinə (o cümlədən də qış kremlərinin) su
daxildir. Bu səbəbdən hətta qış kremlərini evdən çıxmazdan ən azı
30 dəqiqə əvvəl çəkmək lazımdır. Bu bütün su ilə olan prosedurlara
da aiddir. Əks halda dəriniz qabıq verəcək və çatlayacaq.
Qış fəslində üz dərisinə qulluğunun əsas qaydası: səhər - qidalanma
və müdafiə, axşam - nəmləndirilmə və qidalanma.
Səhərlər dərinin təmizlənməsi zamanı kosmetik gel, köpük və s. bu
kimi vasitələrdən imtina etmək daha yaxşı olar. Bu vasitələr
dərinin üzərində olan qoruyucu piy qatını dağıdaraq dərini
müdafiəsiz edir. Xüsusi termal sudan və ya tərkibində spirt olmayan
tonikdən istifadə etdikdən sonra dərinizə xüsusi qoruyucu krem
çəkin (nəmləndirici yox!), 15-20 dəqiqə gözlədikdən sonra kremin
artığını salfetlə silin və daha sonra dekorativ kosmetikanı
çəkin.
Qış aylarında skrablardan tez-tez istifadə etmək olmaz.
Qışda istifadə etdiyiniz dekorativ kosmetikada da müəyyən
dəyişiklikər etmək lazımdır. Belə ki, pudra əvəzinə krem-pudradan
istifadə edin, dodaq üçün olan parıltını yağlı pomada ilə əvəz
edir. Kosmetika dəridə qoruyucu təbəqə yaradır ki, dəriniz daha
yaxşı müdafiə olunur. Qışda suya davamlı olan kosmetikadan çox
nadir hallarda istifadə edin.
Qışda meyvə və tərəvəzlər az olur ki, orqanizm (o cümlədən də,
dəri) vitamin çatışmazlığından əziyyət çəkir. Bu səbəbdən qışda
qidalandırıcı maskaları yayla müqayisədə daha tez-tez (həftədə 2-3
dəfə) etmək lazımdır.
Effektli qış maskaları:
1. 2 xörək qaşığı yağlı kəsmik 1 xörək qaşığı zeytun yağı və 1/2
limon şirəsi ilə qarışdırılır və təmiz üz dərisinə çəkilir. Maskanı
üzünüzdə 20 dəqiqə ərzində saxlayın.
2. 2 xörək qaşığı xama 1 çay qaşığı şaftalı yağı (apteklərdə və
supermarketlərdə satılır) ilə qarışdırılır və təmiz dəriyə şəkilir.
Maskanı üzünüzdə 20 dəqiqə saxlayın.
3. Kök sürtgəcin xırda gözündən keçirilir, üzərinə çiy yumurtanın
sarısı, 1 qaşıq zeytun yağı və 1/2 limonun şirəsi əlavə olunur və
qarışdırılır. Maskanı üzünüzdə 20 dəqiqə saxlayın.
4. 2 xörək qaşığı yulaf yarması unu 1 çay qaşığı ərik yağı və 1
xörək qaşığı kələm şirəsi ilə (kələmi sürtgəcdən keçirin və
tənzifdən sıxın) qarışdırılır və təmiz üz dərisinə çəkilir.
Nəzərinizə çatdıraq ki, əgər dəriniz çox yağlıdırsa və üzərində
civzələr və sızanaqlar varsa, bu maskalardan istifadə etmək
olmaz!
Hər axşam xüsusi gecə qidalandırıcı və nəmləndirici kremlərindən
istifadə edin. 20 dəqiqədən sonra kremin artığını dəridən salfetlə
silin.
Mənbə: Milli.az