Polisdə “Ğaztransqaz-Tbilisinin” əməkdaş dindirilməsi davam edir
Didi Diğomi polisinin dördüncü şöbəsində “Ğaztransqaz-Tbilisinin” əməkdaşlarının dindirilməsi davam edir. O, dünən Avtandil küçəsində yerləşən, partlayış baş verən korpusda olanlardan biridir.

“Ğaztransqaz-Tbilisinin” əməkdaşları dünən gecə də polisə dindirilməyə aparılıblar.

İPN-ə prokurorluqdan verilən məlumata görə polis şöbəsində qeyd olunan işə nəzarət edən prokurorlar da olub.

Didi Diğomidə yaşayış korpusunda dünən baş vermiş partlayış nəticəsində 4 nəfər ölüb, onun biri azyaşlı uşaqdır. 8 nəfər xəsarət alıb. Ancaq onları bu gün klinikalardan evə göndəriblər. Hazırda İaşvili klinikasında yalnız bir uşağın müalicəsi davam edir.


Print ელ. ფოსტა
FaceBook Twitter Google