Amerikada naməlum şəxslər yaşayış evində bir neçə nəfəri əsir götürüblər, ölənlər var
Amerikada Misispi ştatında cinayətkar tərəfindən bir neçə nəfər əsir götürülən zaman 4 nəfər ölüb. Şübhəli artıq saxlanılıb. Bu barədə yerli mətbuat məlumat yayıb.

Hadisələr Klinton şəhərində cərəyan edib. Cinayətkar 12 saat müddətində bir neçə nəfəri yaşayış evində əsir götürüb. Yerli hakimiyyətin bildirdiyinə görə, evdə ailə üzvləri olublar, lakin onların sayı barədə məlumat verilmir. Hüquq mühafizəçiləri bir neçə saat ərzində uşaqları azad etməyə nail olublar.

İnsident zamanı dörd nəfər qətlə yetirilib. Hüquq mühafizəçilərindən xəsarət alan olmayıb. Şübhəli saxlanılıb. Baş vermiş hadisənin səbəblərinin aydınlaşdırılması istiqamətində çalışmalar davam edir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google