Gürcüstanda qüvvədə olan avtomobil dayanacaqları sertifikatlaşdırmadan keçməli olacaqlar
Gürcüstanda qüvvədə olan avtomobil dayanacaqları sertifikatlaşdırmadan keçməli olacaqlar. Bu haqda parlamentdə təqdim olunmuş hökumət planında qeyd olunub.

Söhbət 2019-cu ilin yaz sessiyası üçün nəzərdə tutulmuş Gürcüstan hökumətinin qanuni fəaliyyətinin qısa müddətli planından gedir. Konkret olaraq, sənədə əsasən, qanun layihəsi avtomobil dayanacaqlarının sertifikatlaşdırılmasını və onunla bağlı tələbləri nəzərdə tutur. Belə ki, layihə ilə avtomobil dayanacaqlarının diferensiallaşdırılması 3 sinifə bölünür.

“Bu gün mövcud olan tam liberallaşma şəraitində avtomobil səyahət daşımaları sahəsini təşkil edən əsas hissəsinin – avtomobil dayanacaqlarının sahibləri və başqa şəxslər tərəfindən marşrut şəbəkəsinin mənimsənilməsi baş verir. Onların razılığı olmadan praktiki olaraq ölkə daxilində maşrutkaların davamlı çalışmasını həyata keçirmək mümkün deyil. Dayanacaqların sərnişinləri kommersiya ilə daşıması zamanı da eyni vzəiyyətlə qarşılaşırıq. Sərnişinlərin kütləvi şəkildə olduğu yerlərdən daşınması davamlı xarakter daşımağa başlayıb, buna görə avtobusların xaoslu hərəkət etməsi, tıxaclar kəskin dərəcədə artıb. Ekoloji vəziyyət hiss olunacaq dərəcədə pisləşib. Çox hallarda daşıma prosesi qeyri-leqal (istehsal üzrə reyestrdə qeydiyyatdan kənar çalışan) daşıyıcılar tərəfindən hərəkətə, ətraf mühitin qorunması və sürücülərin əmək və istirahəti normalarına zidd olaraq həyata keçirilir” - sənəddə qeyd olunub.

Belə ki, plana əsasən dəyişikliyin məqsədi avtomobillə sərnişinlərin daşınması (beynəlxalq/ölkə daxili) sahəsində və sərnişin avtomobil dayanacaqlarında olan vəziyyəti qaydaya salmaq üçün optimal və qüvvədə olan baza yaratmaqdır.

Mənbə: BPN
Print ელ. ფოსტა
FaceBook Twitter Google