İçərişəhər UNESCO-nun 2024-cü il dünya irs təqviminə daxil edilib.
Bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin
İdarə Heyətinin sədri Şahin Seyidzadə bildirib.
Onun sözlərinə görə, təqvimə daxil edilən 12 abidə UNESCO
Ümumdünya
İrs Siyahısındakı 168 ölkənin 1157 tarixi abidəsi arasından
seçilib.
Qeyd edək ki, təqvimin çap edilməsində əsas məqsəd bəşəriyyətin
incisi hesab olunan abidələr, onların ümumbəşəri dəyərini daha
geniş auditoriyaya çatdırmaqdır.